Ekonomiks 00:14 18.04.2013

ARDNF-də yoxlama başa çatdı

“Ernst and Young” fondun konsolidasiya edilmiş maliyyə hesabatlarının audit yoxlamasını başa çatdırıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2012-ci il üzrə auditi başa çatıb. ARDNF-in İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya verilən məlumata görə, “Ernst and Young” audit şirkəti Fondun 31 dekabr 2012-ci il tarixində bitən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının audit yoxlamasını başa çatdırıb.

Auditin tam mətni ilə ARDNF-ın internet səhifəsində tanış olmaq olar.

Qaynar.info