Xəbər lenti

ARDNŞ ABŞ-da müsabiqə keçirdi
Ekonomiks 15:24 08.05.2014

ARDNŞ ABŞ-da müsabiqə keçirdi


Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Hyuston Azərbaycan Mərkəzi və Hyuston Universitetinin Enerji Assosiasiyası ilə birlikdə təşkil etdiyi Azərbaycanın enerji siyasətinə həsr olunmuş müsabiqənin yekun tədbirində iştirak edib.

“APA-Economics”in məlumatına görə, bu müsabiqədə müxtəlif universitetlərin tələbələri həm komanda şəklində, həm də fərdi surətdə iştirak ediblər. Onların qarşısında “Azərbaycan enerji sənayesinə nə cür qlobal təsir göstərə bilər?” mövzusunda təqdimatlar hazırlamaq tapşırığı qoyulub.

Amerikada təhsil alan müxtəlif ölkələrdən gəlmiş tələbələr Azərbaycanın tarixi, dövlətin siyasəti, iqtisadiyyatı, biznes fəaliyyəti, ekologiyası və texnologiyaları ilə bağlı araşdırmalar aparmalı və təqdimatlarını məruzə etməli idilər. Bu təqdimatların qiymətləndirilməsinə isə ekspert kimi Hyustonda işləyən azərbaycanlı mütəxəssislər cəlb olunublar.

Tədbirin əvvəlində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Amerika universitetlərinin tələbələrinin Azərbaycanla bağlı araşdırmalara maraqlarının təqdirəlayiq olduğunu bildirib, ölkəmizin dünya iqtisadiyyatında və siyasətində rolundan danışmış, onun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırmış və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Müsabiqənin qalibinə pul mükafatı təqdim olunacaq və o, Azərbaycana səfər edəcək. Elə həmin gün Enerji Asossiasiyasının rəhbəri Mark Dear ilə müzakirələr aparılıb və hər iki tərəfin  tələbələrin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->