ARDNŞ-in törəmə müəssisəsi olan “SOCAR Georgia”nın Tiflisdəki ofisində ARDNŞ və Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) arasında memorandum imzalanıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, memorandumu ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstan MOK-un sədri Leri Xabelov imzalayıblar.
Memoranduma əsasən, ARDNŞ il ərzində Gürcüstan MOK-un keçirdiyi yarışlara, maarifləndirmə işlərinə, regional layihələrə, texniki təminata, tibb mərkəzinin fəaliyyətinə dəstək verəcək.
Qaynar.info
Şərhlər