Bu gün keçirilən iki oyunla "DÇ-2014"ün 1/8 final mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, keçirilən iki oyundan sonra mundialın bütün 1/4 finalçıları müəyyənləşib.
İlk öncə meydana Argentina və İsveçrə yığmaları çıxıb. Bu görüşdə Argentina millisi əlavə vaxtda vurduğu bir qol sayəsində 1/4 finala yüksəlib.
1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda Belşika iki, ABŞ isə bir dəfə fərlənib. Görüşdən 2:1 hesabı ilə qalib ayrılan Belçika millisi 1/4 finala adlayıb.
Beləliklə Argentina 1/4 finalda Belçika ilə qarşılaşacaq.
1 iyul
1/8 final mərhələsi
01:00. Belçika - ABŞ - 2:1
Qollar: De Bürene, 93 (1:0), Lukaku, 105 (2:0), Qreen, 107 (2:1)
Baş hakim: Camel Haymoudi (Əlcəzair)
21:00. Argentina - İsveçrə - 1:0
Qol: Anxel di Mariya, 118 (1:0)
Baş hakim: Jonas Erikson (İsveç)
Qaynar.info
Şərhlər