Argentina çempionatının qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, ölkənin məşhur klubu "River Pleyt" çempionluğu rəsmiləşdirib. Komanda buna doğma meydanı "El Monumental"da qarşılaşdığı "Rasinq"lə matçda nail olub. Rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradan "River Pleyt" xallarının sayını 52-ə çatdırıb.
Sona üç tur qalmış çempionluğunu rəsmiləşdirən Argentina çempionatının lideri tarixində 36-cı dəfə bu titulu qazanıb.
Səbuhi Həsənov
Şərhlər