İdman 11:36 26.11.2021

Argentina çempionatının qalibi müəyyənləşdi

Argentina çempionatının qalibi müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, ölkənin məşhur klubu "River Pleyt" çempionluğu rəsmiləşdirib. Komanda buna doğma meydanı "El Monumental"da qarşılaşdığı "Rasinq"lə matçda nail olub. Rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradan "River Pleyt" xallarının sayını 52-ə çatdırıb.
 
Sona üç tur qalmış çempionluğunu rəsmiləşdirən Argentina çempionatının lideri tarixində 36-cı dəfə bu titulu qazanıb.
 
Səbuhi Həsənov