Xəbər lenti

Arif Hacılı ABŞ səfiri ilə görüşdü
Siyasət 12:53 14.01.2020

Arif Hacılı ABŞ səfiri ilə görüşdü

Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın başqan müavini Fərəc Kərimli məlumat verib. 

Onun sözlərinə görə, yanvarın 13-də baş tutan görüşdə Azərbaycandakı ictimai siyasi durum, regionda baş verən son hadisələr, fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri müzakirə olunub.

Görüşdə həmçinin Müsavat başqanının müavini Səxavət Soltanlı, eləcə də ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri iştirak ediblər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->