Martın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və digər başqan müavini Gülağa Aslanlı Bakıya qayıdıblar.
Bu barədə APA-ya məlumat verən G. Aslanlı deyib ki, onlar gecə saat 03:00 radələrində vətənə dönüblər.
G. Aslanlı heç bir əsas gətirilmədən Rusiya hüquq-mühafizə orqanları tərəfindən Mahaçqalada saxlanıldıqlarını və geri göndərildiklərini bildirib.
O, hadisə ilə əlaqədar bu gün partiyanın qərargahında mətbuat konfransı keçirəcəklərini söyləyib.
Qaynar.info
Şərhlər