Xəbər lenti

Ölkə 15:25 17.05.2019

Arif Məlikovun Bakıda heykəli ucaldılacaq (SƏRƏNCAM)

Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Bakı şəhər İcra Hakimiyyətinə Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etmək və Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.

Mədəniyyət Nazirliyinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etmək və Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?