Arif Məlikovun nəvəsi: “Bir də gördüm ki, babam yox oldu” (VİDEO)

Arif Məlikovun nəvəsi: “Bir də gördüm ki, babam yox oldu” (VİDEO)

ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum xalq artisti, dahi bəstəkar Arif Məlikovun həyatından danışılıb.

Xalq artistinin ailə üzvləri, qohumları, sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüb:

Aminə Məlikova – Nəvəsi: "Axır illərdə babam bir çox xəstəliklərdən əziyyət çəkirdi. Ümumiyyətlə, xəstəliklər onu çox zəiflətmişdi. Deyirdi ki, həftədə 2 dəfə dərsim var, mən mütləq dərslərdə iştirak etməliyəm. Bəlkə, tək-tük hallarda dərslərə gedə bilməyəndə özünü çox qınayırdı. Babam yavaş-yavaş zəifləməyə başladı və bir gün babam yox oldu. Mən qəzeti açıb görəndə ki, babam fəxri xiyabanda dəfn olunub. Öz-özümə deyirəm ki, dünya şöhrətli bəstəkar Arif Məlikov dünyasını dəyişib. Amma mənim babamın artıq bizimlə olmadığını dərk etmək, bu artıq çox çətindir. Həm mənim nənəm, həm də mənim üçün. Heç bir söz onu bizə qaytarmayacaq. Baba, mən doğrudan da çox xoşbəxtəm ki, sən mənim həyatımda var idin. Hiss edirəm ki, sənin ruhun mənim içimdədir”.

XƏBƏRLƏR
BLOGLAR