Xəbər lenti

Arif Quliyev: “Təqaüddəyəm, kef edirəm”
Sənət 15:08 03.09.2020

Arif Quliyev: “Təqaüddəyəm, kef edirəm”

"Təqaüddəyəm kef edirəm, dincəlirəm. Dəvət edilən verilişlərə qonaq gedirəm, bəzən qonaq olduğum efirlər təkrar göstərilir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Unikal.org-a koronavirus pandemiyası dövrünü necə keçirməsi barədə danışan Xalq artisti Arif Quliyev deyib. 

"Karantin bizə sağlam olmaq üçün yarayır, çünki biz ailəmizə, xalqımıza, dövlətimizə sağlam lazımıq. Pensiyada olduğum üçün heç bir yaradıcılıqla məşğul deyiləm, həm də pandemiyaya görə iş yoxdur, elə sağlamlıqla məşğuluq. Boş vaxtlarımda kitab oxuyuram, yeni yumor əsərləri yazıram, bir də hobbim var: təsbeh düzəldirəm. Əl işimi cibimə qoyub, rast gəldiyim yaşlı insanlara bağışlayıram. Bu bacarığımı da karantində kəşf etdim. Karantindən sonra "Gülüş qatarı” silsilə verilişləri hazırlamaq fikrindəyəm. Hələki dözmək və gözləmək lazımdır”, – deyə Xalq artisti bildirib

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->