Xəbər lenti

Ekonomiks 18:33 05.12.2024

"Ariva Center"də yoxlama aparıldı - Cərimə olundu

Bakının Xətai rayonunda fəaliyyət göstərən "Ariva Center" oteldə yoxlama aparılıb. 

Qaynarinfo-nun məlumatına görə, yanğın-texniki müayinənin aparılmasına dair yoxlama Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilib. 

Yoxlama zamanı "Ariva Center" oteldə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılmaması, yanğın söndürən balonlar yerdən 1.50 metr hündürlükdən asılmaması və digər pozuntular aşakarlanıb. 

Buna görə otelin daxil olduğu "Cihan Hotel və Turizm" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol trətib edilib. 

Məhkəmənin qərarı ilə "Ariva Center" otel 350 manat məbləğində inzibati cərimə edilib. "Cihan Hotel və Turizm" MMC-yə hüquqpozmanın aradan qaldırılması üçün bir ay vaxt verilib.

Aydın 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->