Xəbər lenti

Armen Qasparyan: “Qarabağ artıq Azərbaycana aiddir”
Siyasət 13:51 10.06.2021

Armen Qasparyan: “Qarabağ artıq Azərbaycana aiddir”

Növbəti mərhələ Dağlıq Qarabağın Azərbaycan hüquq və qanunvericiliyinə qaytarılmasıdır.

"Müharibədə edəcəyin ən qorxunc şey rəqibi düzgün dəyərləndirməməkldir. Erməni həmkarlarıma uzun illər başa salmağa çalışmışam ki, onlar axmaqlıqla məşğuldurlar. Əgər rəqibiniz zəifdirsə, ona niyə qalib gəlmək istəməlisən ki? Mənasızdır. Əksinə, rəqibə hörmət eləmək lazım idi. Bu isə baş vermirdi. Çünki insanları inandırmışdılar ki, düşmənin səngərdən qaçması üçün bir daş atmaq yetərlidir. Amma düşmən qaçmadı və bu vəziyyət üçün ermənilərdə B planı yox idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri erməni politoloq Armen Qasparyan "Qolos Morya”ya müsahibəsində açıqlayıb. Politoloq çıxışını "daha sonra nə edəsisiniz, Dağlıq Qarabağla bağlı məsələləri necə həll edəsisiniz” sualları ilə davam etdirib.

"Növbəti mərhələ "Artsax”ın dağıdılmasıdır. Prosesin gələcək etapı Dağlıq Qarabağın Azərbaycanın hüquq və qanunverciliyinə qaytarılmasıdır. De fakto olaraq Dağlıq Qarabağ artıq Azərbaycana aiddir. Sadəcə olaraq çox adam bunu anlamır. Son vaxtlar nə qədər erməni həmkarımlıa dialoqa girmişəm və onların hamısı elə bilir ki, Qarabağ hansısa yolla Ermənistana aiddir. Uşaqlar, BMT Təhlükəsizlik Şurasının qətnamələrini açın, oxuyun.

Sülh içində yaşamaq lazımdır. Bu daha çətin bir tarixdir, amma bəzi ermənilər elə bilir ki, məsələ öz-özünə həll olunacaq”

Sonda aparıcı Qasparyana bildirdi ki, qədim Romadan bəri bir deyim var: "Güclü olan tərəf həmişə haqlıdır”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->