Avropa Liqasının finalçıları onlar üçün ayrılmış biletlərin bir hissəsindən imtina etməyi planlaşdırırlar.
Qaynarinfo "The Times" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" 6 mindən çox bileti geri qaytarmaq niyyətindədi.
UEFA hər kluba 5800 bilet ayırsa da, "Arsenal" tərəfi onlardan 3500-ünü, "Çelsi" isə 2000-i sata bilib. Həmçinin qurumun sponsorlar üçün ayırdığı 2000 bilet də geri qaytarıla bilər. İmtinaların səbəbləri qismində uçuşların az olması, məsafənin uzaqlığı və viza problemləri göstərilir.
Geri qaytarılan biletlərin azərbaycanlı azarkeşlər üçün yenidən satışa çıxarılacağı gözlənilir.
Qeyd edək ki, mayın 29-da "Çelsi" və "Arsenal" arasında oynanılacaq final matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.
Şərhlər