"Arsenal"ın futbolçularının mövsümün əvvəlində qatıldıqları bir əyləncə gecəsindən görüntülər yayılıb.

Qaynarinfo xəbər verir verir ki, gecədə Məsut Özil, Pyer-Emerik Aubameyanq, Aleksandr Lakazette, Matteo QuendouziHenrix Mkıtaryan kimi futbolçular qatılıb. Onlar əyləncə gecəsində "Hippy Crack" adlı narkotik vasitədən istifadə edib. 

"The Sun"un yayımladığı görüntülərdə Məsut Özilin narkotikin təsirində olduğu görülür. Balondan çəkdikləri maddənin təsirinə düşən futbolçular oturduqları kreslolarda anlamsız hərəkətlər edirlər. 

Görüntülərdə Məsut Özil narkotiki qəbul etdikdən sonra erməni Henrix Mkıtaryana uzadır. Mkıtaryan isə balondan narkotiki çəkdikdən sonra özündən gedir.

"The Sun" iddia edir ki, futbolçuların əyləncə gecəsinə 70 qadın qatılıb. 

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibidi. İngilislər sentyabrın 20-də Bakıda 3:0 hesablı qələbə qazanıb. Bu komandalar Londonda dekabrın 13-də üz-üzə gələcəklər.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!