Xəbər lenti

“Arşın mal alan” - Bişkekdə
Sənət 21:15 09.10.2014

“Arşın mal alan” - Bişkekdə

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin dəstəyi ilə bu il oktyabrın 15-də Bişkek şəhərində Azərbaycan musiqisi günü keçiriləcək. 



Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, həmin gün tədbir çərçivəsində Bişkek şəhərindəki A.Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının təqdimatı olacaq.


Tamaşanın quruluşçu rejissoru Qırğızıstanın Əməkdar Artisti Sapar İsmailov, dirijoru Xalq Artisti Jumakadır Kanimetov, baletmeysteri Berdalı Pomankulov, xormeysteri Karaqul Tilençiyevdir.


Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur.


Tamaşada əsas rollarda Gülnur Niyazbayeva (Gülçöhrə), Stalbek Junuşaliyev (Əsgər), Nurciqit Asanov (Süleyman), Qırğızıstanın Əməkdar Artisti Kayınbek Kuskakov (Soltan bəy), Kunduz Karıppayeva (Asya), Salıyma Mamatova (Telli), Almazbek İstambayev (Vəli) çıxış edəçəklər.


Tamaşanı teatrın xoru və simfonik orkestri müşayiət edəcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->