Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sorğu Mərkəzi oxucular arasında növbəti ənənəvi sorğusunu reallaşdırıb.
ASGA sədri Səbuhi Abbasovun Qaynarinfo-ya verdiyi məlumata görə, "İlin ən yaxşı agentliyi”, "İlin ən yaxşı televiziyası” və "İlin ən yaxşı qəzeti” sorğusunda bütövlükdə 1000-ə yaxın insan iştirak edib.
22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda iştirakçılar peşəkar media ənənələrinin qorunması, operativlik və s. prinsiplərinin qorunması kimi meyarlardan çıxış edərək qalibləri müəyyənləşdiriblər.
"Ilin ən yaxşı agentliyi” nominasiya üzrə qalib Azəri-Press Agentliyi (APA) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"İlin ən yaxşı televiziyası" nominasiyasının qalibi AzTV, "İlin ən yaxşı qəzeti" nominasiyasının qalibi isə "525-ci qəzet" olub.
Məlumat üçün qeyd edək ki, sorğunun informasiya dəstəkçiləri 7news.az və icmal.az saytlarıdır.
Şərhlər