Siyasət 23:00 29.08.2017

AŞPA həmməruzəçiləri Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabr ayında Bakıya səfər edəcək. 

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, bu barədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycan üzrə növbəti hesabatı hazırlayırlar.

S.Şennak bildirib ki, hesabatın ilkin versiyası cari ilin oktyabrında Strasburqda AŞPA-nın sessiyası çərçivəsində təqdim olunacaq və müzakirəyə çıxarılacaq.

Qaynarinfo.Az