Ağstafada koronavirusa qarşı profilaktik tədbirlərin icrası diqqətdə saxlanılır (FOTOLAR)

Ağstafada koronavirusa qarşı profilaktik tədbirlərin icrası diqqətdə saxlanılır (FOTOLAR)

Ağstafada koronavirus (COVİD-19) infeksiyasına qarşı profilaktik tədbirlərin icrası diqqətdə saxlanılır.

Qaynarinfo xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib. 

Pandemiya dövründə mərkəzi bazar, ticarət, ictimai iaşə və xidmət obyektlərində koronavirus (COVİD-19) infeksiyasına qarşı sanitar-gigiyenik tələblərin icra vəziyyəti yerində öyrənilib. 

Aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Virusun profilaktikasına dair sakinlərlə maarifnləndirici söhbətlər aparılıb. Söhbət əsnasında vətəndaşlar tərəfindən qaldırılan digər məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
X
XƏBƏRLƏR
BLOGLAR