Ağstafada şagirdlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı (FOTOLAR)

Ağstafada şagirdlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı (FOTOLAR)

Ağstafada Milli Qurtuluş Gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin və şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar.

Qaynarinfo xəbər verir ki, 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda ağstafalı şagirdlər arasında keçirilən inşa-yazı müsabiqəsinə və şahmat üzrə 8-10, 10-12 yaşlı oğlan və qızlar arasında keçirilən rayon birinciliyinə yekun vurulub.

Yüksək yerləri tutmuş iştirakçılar müvafiq fəxri fərman və hədiyyələrlə təltif olunublar. Onlara mükafatları Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri təqdim ediblər. Sonra xatirə şəkli çəkdirilib.

X
XƏBƏRLƏR
BLOGLAR