Ağstafada Vətən müharibəsi şəhidimizin ildönümü qeyd edildi (FOTOLAR)

Ağstafada Vətən müharibəsi şəhidimizin ildönümü qeyd edildi (FOTOLAR)

Ağstafanın Düzqışlaq kəndindən olan Vətən müharibəsi şəhidi Namazov Taleh Zülfəli oğlunun şəhadətə ucalmasının ildönümü qeyd olunub. Şəhidimizin ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.

Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Taleh Namazov 29.07.1999-cu il tarixində Düzqışlaq kəndində anadan olub. 44 günlük Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə 27 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
XƏBƏRLƏR
BLOGLAR
X