Ölkə 22:23 14.06.2021

Ağsuda polis əməkdaşını avtomobil vurdu

Ağsu rayonunda polis əməkdaşını avtomobil vurub.

"Report” xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Cəfərov Ramil İntiqam oğlunu yolu keçmək istəyərkən "QAZel" markalı yük maşını vurub.

Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.