"Atatürk kimi geyinən Göksəl Qaya Ataya bənzərlikdən sui-istifadə edir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Atatürkçü Düşüncə Dərnəyi (ADD) İdarə heyətinın sədri Hüseyn Əmrə Altinisıq deyib.
O, Atatürkə bənzərliyi ilə məşhur olan Qayanı ADD-nin heç bir tədbirinə dəvət etmədiklərini, onun Atatürk ilə oxşarlığını gündəlik işə və ticarət fəaliyyətinə çevirdiyini bildirib:
"Atatürk haqqında filmdə onun obrazını canlandırmaqla küçədə Atatürk kimi gəzmək ayrı-ayrı şeylərdir. Bir sənət əsərində Atatürkü canlandırmaqla işimiz yoxdur. Ancaq bu, Atatürklə oxşarlığını ticarətə çevirib. Bizim Atatürk obrazına bürünmüş insanlara yox, Atatürkün fikirlərini daşıyanlara ehtiyacımız var. Atatürkə deyiləcək söz və tərifləri ona oxşayan birinə deməklə formalizmə yuvarlanmış olursunuz. Biz formalizmə qarşıyıq”, - ADD sədri deyib.
İlbər Ortaylı da Atatürkün Lenin və Obama kimi tarix səhnəsindən yox olmadığını, onun turistik fiqura çevrilə bilməyəcəyini deyib:
"Yaxınlarda bir şou izlədim. Atatürk deyə bir nəfər çıxıb nəsə oxudu. Oxşamağına oxşayırdı. Yaxşı aktyor idi. Ancaq o çıxıb paşa deyə küçədə gəzirsə, bu rüsvayçılıqdır. Bunu edən də, etdirən də gülünc insanlardır. Rusiyada Lenin və Böyük Pyotrun da oxşarları var. Adamlarla şəkil çəkdirib pul qazanırlar. Yəni adi turizm biznesi. Bu adamlar tarix və siyasət səhnəsindən getdikləri üçün heç kim narahat olmur. Ancaq Atatürk belə deyil. Atatürk hələ də mübarizə mövzusudur. Bəzi adamların Atatürk haqda ağızlarına gələni danışırlar. Atatürk tarixi və həssas bir şəxsiyyətdir, böyük portretdir”.
Tarixçi Meydan isə ictimai qınaq olduğu təqdirdə bu sui-istifadə halının qarşısının alına biləcəyini deyib:
"Bu adamla yarmarkalarda rastlaşdım. Atatürkə bənzədiyini söyləyir, amma məncə, heç bənzəmir də. Üstəlik, Atatürkü simvol olaraq adiləşdirir və intellektual xüsusiyyətlərini məhv edir. Cahil və şüursuz kamalistlər də ona pul verir. Atatürkə bənzəyən birinə baxıb təsirlənmənin mənası yoxdur”.
Qaya isə ona olan marağın Atatürkə olan sevgi və həsrətin nəticəsi olduğunu deyərək Atatürkü təhqir etməsi ilə bağlı ittihamları rədd edib.
Alpər
Şərhlər