Siyasət 23:53 05.05.2021

ATƏT-dən Azərbaycanın erməni hərbçiləri sərbəst buraxması ilə bağlı Bəyanat

"ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şefer (Amerika Birləşmiş Ştatları) Azərbaycanın erməni məhbuslar Robert Vardanyan, Samvel Şuxyan və Seryan Tamrazyanı sərbəst buraxmasını alqışlayır”.

Qaynarinfo xəbər verir ki, bu barədə ATƏT-in saytında həmsədrlərin yayımladığı bəyanatda deyilir.

Hər iki tərəf bütün əsirləri və həlak olanların qalıqlarının qarşılıqlı olaraq qaytarılmasına, eləcə də humanitar öhdəliklərə hörmətlə yanaşmağa çağırılıb.