ATƏT-in 25 daimi nümayəndələrindən ibarət qrup Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, səfər 18-22 iyun tarixlərində baş tutacaq. Səfirlər hər üç ölkədə rəhbərlik və parlament, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.
Onlar yerlərdə reallıqlarla tanış olacaq və bu barədə yerli hakimiyyət nümayəndələrinə və səfər zamanı görüşəcəkləri şəxslərə məlumat verəcəklər.
Səfər səfirlərin ATƏT-in öhdəliklərinə və prinsiplərinə uyğun olaraq sabitliyi, sülhü və rifahı dəstəklədiyini təsdiqləməyi nəzərdə tutur.
Şərhlər