"Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb.
Qaynarinfo xəbər verir ki, dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər. "Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası da bu təşəbbüsə qoşularaq 50 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Şərhlər