"Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) icraçı direktoru Vahid Səmədov vəzifəsindən azad edilib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, o ,bir neçə həftə bundan əvvəl işindən uzaqlaşıb. Keçmiş icraçı direktorun kanaldan getmə səbəbi məlum deyil. Lakin iddia olunur ki, V. Səmədov digər kanalların birində vəzifəyə gətiriləcək.
Qeyd edək ki, Vahid Səmədov bir ildir sözügedən vəzifəni icra edirdi. O, bundan əvvəl ANS və CBC kanallarında çalışıb.
Şərhlər