Venesuela başçısı vəzifəsini müvəqqəti icra edən Nikolas Maduro bəyan edib ki, Uqo Çavesin cənazəsi balzamlanaraq vidalaşmaq üçün daha 7 gün mavzoleydə saxlanılacaq.
APA-nın verdiyi xəbərə görə, Maduro bəyan edib ki, “Venesuela xalqı ölkə liderini yaxşı seyr edə bilməsi üçün cənazə şüşəli tabuta yerləşdiriləcək.
Uqo Çavesin rəsmi dəfn mərasimi martın 8-də keçiriləcək, mərasimdə iştirak etmək üçün artıq bir çox ölkələrin liderləri Karakasa gəlib.
14 il Venesuelaya rəhbərlik etmiş mərhumun xatirəsini anmaq məqsədi ilə paytaxtın küçələrinə yüz minlərlə insan axışıb.
Qaynar.info
Şərhlər