AVRO-2020: DYP hərəkət iştirakçılarına müraciət etdi

AVRO-2020: DYP hərəkət iştirakçılarına müraciət etdi

Bakı Olimpiya Stadionu istiqamətində kəsişən, bitisən və paralel olan istiqamətlərdə avtomobillərin hərəkətinə tamamilə məhdudiyyət qoyulub.

Bunu APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O, bildirib ki, Avropa Stadionu istiqamətinə azarkeşlərin, iştirakçıların, oyunçuların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

"Əvvəlcədən də verdiyimiz məlumat əsasında paytaxtın Səməd Vurğun parkının qarşısı və "Qara Qarayev" metrosunun ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Bundan başqa, azarkeşlər və iştirakçılar "Koroğlu" metro stansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər. Həmçinin onu da vurğulayaq ki, oyunların təhlükəsizliyinin qorunması üçün polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və Olimpiya stadionu ilə ona bitişik ərazilər polis tərəfindən tam nəzarət götürülüb".

Bölmə rəisi sürücülərin və azarkeşlərə müraciət edərək qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alaraq yalnız müəyyən olunmuş istiqamətlərdə hərəkətə üstünlük verməyə çağırıb: "Ölkəmizdə baş tutan oyunların əhəmiyyətini nəzərə alaraq hər bir vətəndaşı polislə həmrəy olmağa səsləyirik. Vətəndaşlardan polis kimi deyil bir vətəndaş kimi xahiş edirik ki, hər hansı bir foto ya videonu çəkib paylaşarkən son dərəcə diqqətli olsunlar. Çalışaq ki, ölkəmizə gələn qonaqların yaddaşlarında gözəl xatirələr buraxaq".
X
XƏBƏRLƏR
BLOGLAR