Xəbər lenti

İdman 01:49 26.03.2019

"AVRO-2020": Türkiyə və Fransadan 4, İngiltərədən 5 qol

"AVRO-2020"nin seçmə mərhələsində II turun oyunları davam edir.

Qaynarinfo xəbər verir ki, bu gecə 3 qrupda 7 qarılaşma baş tutub.

A qrupunda ilk turda 5:0 hesablı qələbə qazanmış İngiltərə Monteneqronun qonağı olub. İngilislər hesabda geri düşdükləri oyunda 5:1 hesablı qələbə qazanıblar. Qrupun digər oyununda Bolqarıstan səfərdə Kosova ilə "sülh" bağlayıb - 1:1.

B qrupunda Portuqaliya doğma meydanda Serbiyanı sınağa çəkib. Portuqaliyalılar ilk turda bir xal qazanmış, Serbiya isə istirahət etmişdi. Kriştiano Ronaldonun ilk yarıda zədələnib meydanı tərk etdiyi oyun 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər oyununda Ukrayna Lüksemburq üzərində çətin qələbəyə sevinib - 2:1.

H qrupunda isə Tükiyə Moldovanı qəbul edib. İlk turda Albaniyanı iki cavabsız qolla yenən türklər bu dəfə böyük hesablı qələbə qazanıb - 4:0. Fransa "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun forma geyindiyi İslandiyanı eyni hesabla yenib. Qrupun üçüncü oyununda Albaniya Andorraya qalib gəlib - 3:0.
 
AVRO-2020
Seçmə mərhələ
25 mart

A qrupu
Monteneqro - İngiltərə 1:5
Qollar: Marko Vesoviç, 17 - Maykl Kin, 30. Ross Barkli, 39; 59. Harri Keyn, 71. Rahem Sterlinq, 81. 

Kosova - Bolqarıstan 1:1
Qollar: Arber Zeneli, 62 - Vasil Bojikov, 39.
 

1

İngiltərə

2

2

0

0

10:1

6

2

Bolqarıstan

2

0

2

0

2:2

2

3

Kosova

2

0

1

0

1:1

1

4

Monteneqro

2

0

1

1

2:6

1

5

Çexiya

1

0

0

1

0:5

0


B qrupu
Lüksemburq - Ukrayna 1:2
Qollar: David Turpel, 35 - Viktor Çiqankov, 40. Gerson Rodriges, 90+3 (avtoqol).

Portuqaliya - Serbiya 1:1
Qollar: Danilo Pereyra, 42 - Duşan Tadiç, 7-pen.
 

1

Ukrayna

2

1

1

0

2:1

4

2

Lüksemburq

2

1

0

1

3:3

3

3

Portuqaliya

2

0

2

0

1:1

2

4

Serbiya

1

0

1

0

1:1

1

5

Litva

1

0

0

1

1:2

0


H qrupu
Türkiyə - Moldova 4:0.
Qollar: Hasan Ali Kaldırım, 24. Cenk Tosun, 26; 54. Kan Ayhan, 70. 
 
Fransa - İslandiya 4:0
Qollar: Samuel Umtiti, 12. Oliver Jiru, 68. Klian Mbappe, 78. Antoine Qrizmann, 84.

Andorra - Albaniya 0:3
Qollar: Armando Sadiku, 21. Bekim Balaj, 88. Amir Abraşi, 90+6.
 

1

Fransa

2

2

0

0

8:1

6

2

Türkiyə

2

2

0

0

6:0

6

3

Albaniya

2

1

0

1

3:2

3

4

İslandiya

2

1

0

1

2:4

3

5

Andorra

2

0

0

2

0:5

0

6

Moldova

2

0

0

2

1:8

0


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->