Xəbər lenti

Avropa Birliyinin qəzəbinə tuş gələn məmurlar - SİYAHI
Dünya 15:32 12.03.2013

Avropa Birliyinin qəzəbinə tuş gələn məmurlar - SİYAHI

Avropa Birliyinin (AB) sanksiya tətbiq etdiyi İran rəsmi şəxslərinin adları açıqlanıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, sanksiya AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin martın 11-də Brüsseldə keçirilmiş toplantısında tətbiq edilib.

Yığıncaqda İran rəhbərliyinə qarşı tətbiq edilmiş sanksiyalarım müddəti 12 ay daha uzadılarkən insan haqlarını pozduqlarına görə 9 dövlət rəsmisi və bir qurum “qara siyahı”ya daxil edib. Bununla da AB-nin insan haqları pozuntularına görə hesablarını dondurduğu və quruma daxil olan ölkələrə səfər qadağası qoyduğu İran rəsmilərinin sayı 87 nəfərə çatıb.

Qeyd edək ki, AB İranın mübahisəli nüvə proqramı səbəbindən bu ölkəyə qarşı sanksiya tətbiq etməklə yanaşı, 2009-cu il prezident seçkilərindən sonra müxalifləri təqib və təzyiqlərə məruz qoyan dövlət rəsmilərini “qara siyahı”ya alır.

AB-nin yeni sanksiya tətbiq etdiyi İran rəsmi şəxsləri və qurumları aşağıdakılardır:

Məhəmməd Sərəfraz - “Press TV” telekanalının rəhbəri;

Həmidrza İmadi - “Press TV” telekanalının xəbərlər departamentinin rəhbəri;

Əli Əşrəf Rəşidi Əqdəm - Tehranın Evin həbsxanasının rəisi;

Seyid Məhəmmədbağır Musəvi - Əhvaz İnqilab Məhkəməsinin ikinci şöbəsinin hakimi;

Mürtəza Kiyasəti - Əhvaz İnqilab Məhkəməsinin dördüncü şöbəsinin hakimi;

Əsədullah Cəfəri - Mazandaran vilayətinin prokuroru;

Rəhim Həmlbər - Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi;

Seyid Rza Musəvi Təbar - Şiraz vilayətinin inqilab prokuroru;

Əbdülsəməd Xürrəmabadi (internetə senzura tətbiq etmək, müxalif saytları bağlamaq, internet qəzetləri, bloqları, hüquq müdafiəçilərinin saytlarını, “Google” və “Gmail”i bağlamaqla məşğul olan qrupun rəhbəridir). Avropa Birliyi 35 yaşlı iranlı bloqger Səttar Behiştinin həbsxanada müəmmalı şəkildə ölməsində görə bu qrupun əli olduğuna inanır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->