Xəbər lenti

Avropa çempionatı 2021-ci ilə təxirə salındı - RƏSMi
İdman 17:10 17.03.2020

Avropa çempionatı 2021-ci ilə təxirə salındı - RƏSMi

Hazırda UEFA-ya üzv 55 ölkənin milli assosiasiyalarının nümayəndələri, Avropa Klublar Assosiasiyası, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası və Avropa liqalarının rəhbər şəxslərinin iştirakı ilə video-konfrans keçirilir. İclasın əsas müzakirə mövzuları Avro-2020, Çempionlar Liqası və Avropa Liqasının gələcəyidi.

Fanat.Az xəbər verir ki, video-konfransda Avro-2020 ilə bağlı yekun qərar qəbul edilib. Avropa çempionatı koronavirus pandemiyasının yayılması səbəbindən 2021-ci ilə təxirə salınıb. Turnir 11 iyun - 11 iyul tarixlərində keçirilək. Bu barədə məlumatı qitə çempionatının təşkilatçı şəhərlərindən olan Sankt-Peterburqun Avro-2020 üzrə əməliyyat şöbəsinin tvitter səhifəsi təsdiqləyib.
 
Daha əvvəl Norveç Futbol Federasiyası turnirin 2021-ci ild keçiriləcəyini bəyan etmişdi.

Hazırda 180 mindən çox insan koronavirusa yoluxub. Ölənlərin sayı isə 7 mini keçib.
 
Qeyd edək ki, Avro-2020-nin təşkilatçı ölkələrindən biri də Azərbaycandı.
--> -->