Xəbər lenti

Azərbaycan Kuboku: “Zirə” səfərdə “Turan Tovuz”u məğlub etdi
İdman 20:02 03.04.2026

Azərbaycan Kuboku: “Zirə” səfərdə “Turan Tovuz”u məğlub etdi

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Turan Tovuz” və "Zirə” komandaları üz-üzə gəlib.

 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda ilk qolu 55-ci dəqiqədə "qartallar”ın futbolçusu Eren Aydın vurub. 88-ci dəqiqədə isə Leroy Mikels fərqi bir qədər də artırıb.

Qeyd edək ki, tərəflər arasında cavab matçı aprelin 21-də keçiriləcək.
--> -->