Avropa çempionatı: Azərbaycan millisi Hollandiyaya uduzdu

Avropa çempionatı: Azərbaycan millisi Hollandiyaya uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ikinci oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komandamız Hollandiya yığması ilə qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdə təşkil olanan görüş hollandların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan - Hollandiya ​0:3 (15:25, 23:25, 23:25)

Millimiz ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib. Komandamızın növbəti rəqibi Macarıstan olacaq. Meydan sahibləri ilə qarşılaşma sabah Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
XƏBƏRLƏR
BLOGLAR