İdman 09:13 07.05.2021

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

 

"Report"un məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" klubundan Edinson Kavani, "Arsenal"dan Pablo Mari, İtaliya "Roma"sından Brian Kristante və İspaniyanın "Vilyarreal" komandasından Raul Albiol iddia edir.

 

Kavani "Roma"ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib. Kristante həmin qarşılaşmada fərqlənib.

 

Albiolun ötürmələrinin 80 faizi "Arsenal"la görüşdə dəqiq alınıb. Pablo Mari həmin dueldə 90 faiz dəqiq ötürmə ilə oynayıb.

 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.