Xəbər lenti

Avropa Liqası:
İdman 10:01 03.10.2024

Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

Qaynarinfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.

Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzmuşdu. "Köhlən atlar" turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcək.

Avropa Liqası
Liqa mərhələsi
II tur

3 oktyabr
20.45 Qarabağ (Azərbaycan) - Malmö (İsveç)
Baş hakim: Anastasios Papapetru.
Tofiq Bəhramov adına Respublika stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->