Avropa Parlamentində "Yaşıllar" partiyasının irəli sürdüyü Avropa Komissiyasının ümumi maraq siyahısında yer alan enerji layihələrinin, o cümlədən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin əleyhinə çıxış etmək təklifi Avropa Parlamenti üzvlərinin səs çoxluğu ilə rədd edilib.
Bu barədə "EUROACTIV" xəbər yayıb.
"Yaşıllar" Avropa Komissiyasının ümumi maraq doğuran layihələrinin siyahısında yer alan qaz layihələrinin əksəriyyəti Paris sazişi çərçivəsində götürülən öhdəliklər ilə düz gəlmədiyini bildirərək bu layihələrin əleyhinə qətnamə qəbul etmək təklifini irəli sürüblər.
Lakin "EUROACTIV"in məlumatına əsasən, bu təklif böyük səs çoxluğu ilə rədd edilib.
Avropa Parlamentinin Latviyadan olan deputatı Krişyanis Karinş "populist yaşılların və onların davamçılarının" Avropa üçün ümumi maraq doğuran layihələri blok etmək cəhdini pisləyib. O qeyd edib ki, bu layihələri blok etmək cəhdi ağılsızlıqdır.
Çünki bu, Avropa Komissiyasının, əksəriyyəti qazıntılardan istehsal edilən yanacaqlara əsaslanmayan, əsas layihələrə 873 milyard avro sərmayə qoymaq təklifindən imtina etmək deməkdir.
Şərhlər