Xəbər lenti

Avropada hər 8 ölüm halından biri bu səbəbdən baş verir
Sağlamlıq 19:47 29.09.2018

Avropada hər 8 ölüm halından biri bu səbəbdən baş verir

Avropada ölümlərin 12 faizi ürək tutmasından baş verir.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) "Dünya ürək günü” ilə əlaqədar yaydığı məlumatda bildirilir.

Avropa ölkələrində infarktdan ən çox ölüm halları Litvada qeydə alınıb - 38 faiz. İkinci pilləni 29 faizlə Latviya tutur. İlk "üçlüy"ü 27 faizlə Slovakiya qapayır.

İnfarktın ən az müşahidə olunduğu ölkələr siyahısına Fransa və Hollandiya başçılıq edir - 6 faiz. 

Ümumilikdə Avropa İttifaqında hər 8 ölüm halından biri infarkt səbəbindən baş verir.

Qeyd edək ki, Avropa İttifaqına üzv olan ölkələrdə ürək xəstəliyindən həyatını itirən kişilərin (53 faiz) sayı qadınların sayından (47 faiz) çoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->