Fransada çinli bir turist koronavirus səbəbindən həyatını itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Aqnes Buzin açıqlama verib. O, ölən şəxsin 80 yaşlarında olduğunu və paytaxt Parisdə dünyasını dəyişdiyini bildirib.
Bu vaxta qədər yeni növ koronavirus epidemiyası səbəbindən 1526 nəfərin öldüyü məlumdur. Çin və Fransadan başqa Filippin, Honq Konq və Yaponiyada da analoji hal baş verib.
Camal
Şərhlər