Siyasət 16:29 26.11.2020

Avropadan baxış: Dağlıq Qarabağ müharibəsi və ekologiya

Sentyabrın 27-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yenidən alovlananan və 44 gün davam edən müharibə həm də ciddi ekoloji problemlə yadda qaldı. Azərbaycanla Ermənistan arasında hərbi toqquşma nəticəndə ortaya çıxan bir gerçəklik də münaqişə zonasında ciddi ekoloji fəlakətin mövcudluğu oldu. Düzdü, orada ekoloji vəziyyətin faciəvi olduğu artıq illərdi bəlli idi. 30 il işğalda saxlanan Azərbaycan ərazilərində, xüsusən də meşələr, meyvə bağları, şəhərlərin parklarındakı, xiyabanlarındakı bütün ağacların kəsildiyi, əsrlərlə yaşı olan çinarların, palıd, şam ağaclarıının, həmişəyaşıl kolların, ot örtüklərinin məhv edildiyi malum idi. Ancaq ümid var idi ki, təbii suların sayəsəndə ərazidə müəyyən qədər bitki, yaşıllıq zolaqları qalıb.
 
Təəssüf ki, müharibənin gedişində və Ermənistan ordusu ərazidən tam çəkildikdən sonra məlum oldu ki, 30 il buraya sahiblik etmiş insanlar yaşamadıqları Azərbaycan ərazilərində su yataqlarının bir qisminin səmtini dəyişib, qalanlarının gözünü torpaqla doldurub, arxları, kəhrizləri qurudub. Nəticədə yüzillərlə formalaşmış təbii şəraitdə qısa müddət ərzində kəskin dəyişiklik baş verib, bölgənin florasına amansız təcavüz onun faunasını da məhv edib. İllərlə günəş şüaları altında ağacsız, susuz uzanıb qalan torpaqları yabanı kollar basıb. İnsansız, heyvansız qalmış əraziləri zəhərli ilanlar başına götürüb. Meşələrin bütün ağaclarının kəsilib ermənistandakı mebel fabriklərinə, sexlərinə daşınması, mebelə yaramayan ağacların odun üçün doğranması bu yerləri ilan məlayən düzənliyə çevirib ki, bunun də nəticəsində bölgənin oksigen qatı ciddi zərər görüb. 

Əlbəttə ki, müharibənin ən təəssüf doğuran cəhəti insan itgisidir. Bir insanın itkisi belə bəşəriyyət üçün böyük faciə sayılmalıdır. Ancaq insan itkisi nə qədər ağır olsa belə, onun gətirdyi üzüntü, əzab tədricən zəifləyir, müəyyən zaman ərzində səngiyir. Ekoloji fəlakət isə elə bir faciədir ki, harada yaşanmasından asılı olmayaraq zərəri bütün bəşəıriyyətə dəyir. Üstəlik belə fəlakəti insan törətsə də nəticəsini aradan qaldırmaq yalnız insan əlində deyil və qısa zamanda bu işin öhdəsindən gəlmək mümkün olmur. Təbiətin bu disbalansdan qurtulması və əvvəlki ahənginə qayıtması üçün bəzən bir əsrə qədər vaxt keçməli olur. 

Çoxdandır ki, planetimiz onsuz da ekoloji cəhətdən çətin dövrünü yaşayır. Benəlxalq və yerli təşkilatlar dünyada ekoloji disbalansı aradan qaldırmaq üçün hər il yüzlərlə. Minlərlə layihələr, proqramlar gerçəkləşdirir. Bu proqramlara külli miqdarda vəsaitlər və insan resursları cəlb edilir. Məqsəd və hədəf bəllidir. Dünyamızı əvvəlki təbiətinə, havasına və iqliminə qaytarmaq. Bütün bu proqramlar, layihələr müəyyən qədər effekt də verir. İnsanda gələcəyə ümidləri artırır. Ancaq belə müharibələr, xüsusilə işğalçının təkcə düşmən saydığına deyil, həm də təbiətə qarşı  vəhşi davranması, müvvəqqəti yaşadığı ərazini tərk edərkən dağın-dərənin qalan ağaclarını da kəsib maşına yükləyərək aparması, haqqında danışdığımız yüzlərlə ekoloji layihənin, proqramın faydasını heçə endirir, minlərlə insanın əməyini zay edir, daha çox ekoloji layihələrin gerçəkləşdirilməsinə ehtiyac yaradır. Onu da deyim ki, insanların bir ildə törətdiyi bu cür dağıdıcı əməllərin fəsadlarını 10 il müddətinə həyata keçirilən layihələr belə tam aradan qaldıra bilmir. 
  
Hazırda yaşadığım Avropada ekologiya məsələsinə çox ciddi yanaşlır. Təbiətə vurulan ziyan nəinki alqışlanmır, kəskin tənqid olunur. Özü də təkcə Avropanın təbiətinə yox, dünyanın istənilən regionunun – həmçinin də Qafqazın təbiətinə dəyən zərərdən söhbət gedir. Bu cür qeyri - bəşəri davranışların qarşısını almaq, zərərini yox etmək üçün hər il dövlət büdcələrindən, beynəlxalq təşkilatların maliyyə resurslarından külli miqdarda vəsait ayrılır. Bəli, düşünmək olar ki, bölgələr fərqli, müharibələr konkret ərazilərdə gedir. Ancaq fakt faktlığında qalır ki, planetimizin ən ucqar nöqtəısində müşahidə olunan ekoloji fəlakət belə bütün dünya üçün baş baş verir. Çünki hər yerin təbiəti dünyaya təbiətinin bir parçasıdır. Bu baxımdan hər hansı məntəqədə yaranan ekoloji disbalans bütün planetə mənfi təsir götərir. 
 
Müəllif: Qalib İsmayılov