Yayın sonunda Avropa ölkələrində yeni güclü isti dalğası müşahidə olunacaq. Bəzi bölgələrdə kölgədə havanın temperaturunun 45 dərəcəyə çatacağı gözlənilir. Sinoptiklərin sözlərinə görə, yayın başa çatması isti havaların sona çatacağı anlamına gəlmir. İsti hava sentyabrda da davam edə bilər.
Qayanrinfo xəbər verir ki, bu barədə "Dobrapogoda24" yazır.
Avropalı meteoroloqların proqnozlarına əsasən, yaxın günlərdə yüksək təzyiq sahəsi qitənin şimalından mərkəz və cənub istiqamətində genişlənəcək. Hazırkı istilik qübbəsinin mərkəzi də məhz cənubda yerləşəcək.
Bundan əlavə, böyük Atlantik siklonu bölgəyə cənubdan isti hava kütlələrinin daxil olmasına səbəb olacaq. Bu isə xüsusilə avqustun 27-dən 31-dək temperaturun daha da yüksəlməsinə gətirib çıxaracaq.
İtaliyada artıq kəskin istiləşmə müşahidə olunur. Son 24 saat ərzində Kapо-San-Lorensoda temperatur 40,2 dərəcəyə, Kataniyada isə 40 dərəcəyə çatıb. Hazırda bunlar Avropanın ən isti bölgələri hesab olunur. Lakin yaxın günlərdə istilərin digər ölkələrə də yayılacağı gözlənilir.
Xüsusilə Cənubi Avropada, o cümlədən İtaliyanın şərq, mərkəzi və cənub hissələrində, Yunanıstan da daxil olmaqla Balkanlarda, Pireney yarımadasında, həmçinin İspaniyanın şərq və cənubunda və Portuqaliyanın cənub-şərqində temperaturun kölgədə 30–45 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır.
Günəş altında, eləcə də şəhərlərdə faktiki temperaturun daha 10–20 dərəcə yüksək olacağı bildirilir. Bu səbəbdən Avropada güclü istilərin hələlik səngiməyəcəyi qeyd olunur.
Aydın
Şərhlər