ABŞ-ın Ukraynaya dəstəyi sürətlə azalır və Avropanın bu problemi öz üzərinə götürməsi lazım gələcək. Avropa liderlərinin görüşündə hərbi yardımı davam etdirmək və sülh planı hazırlamaq öhdəliyi götürülsə də, vacib olan məhz detallar olacaq.
Qaynarinfo xəbər verir ki, Bloomberg ekspertlərinin fikrincə, görünür, ABŞ-ın sülh strategiyası Kremlə güzəştə getməkdən ibarətdir – ərazi güzəştləri vəd etmək, Vladimir Putinin tezislərini təkrarlamaq və NATO-ya qarşı təhqiramiz ifadələr işlətmək. Ağ Evin müharibəni necə dayandırmaq niyyətində olduğu hələ ki, aydın
deyil. Lakin Avropa başa düşməlidir ki, yekun nəticəyə təsir edəcək rıçaqlara malikdir.
Ehtiyatların azalmasına baxmayaraq, Avropa ölkələrində hələ də Ukraynaya verə biləcəkləri silahlar var – artilleriya mərmilərindən raketlərə və hava hücumundan müdafiə sistemlərinə qədər. Həmçinin müdafiə-sənaye bazasını genişləndirmək üçün kifayət qədər vəsait mövcuddur. Bütün Avropa İttifaqına bölüşdürüləcək cəmi 20 milyard dollar Kiyevə Rusiya hücumlarından müdafiə olunmağa və daha əlverişli şərtlər əldə etməyə kömək edə bilər.
Mövqeyi gücləndirməyin ən yaxşı yolu Böyük Britaniyanın nümunəsini izləmək və həm milli səviyyədə, həm də birgə borclanma yolu ilə müdafiə xərclərini artırmaq olardı. Bu, ABŞ-ın dəstəyini əvəz edəcək resursların – qoşunların və texnikanın daşınması, eləcə də kəşfiyyat, müşahidə və rekognossirovka funksiyalarının yerinə yetirilməsi üçün lazım olan vəsaitin təmin edilməsinə imkan verərdi.
Bu, nə ucuz, nə də siyasi baxımdan asan olacaq. Bloomberg-in hesablamalarına görə, əgər Avropanın beş ən böyük ölkəsi müdafiə xərclərini ÜDM-in 4%-nə qədər artırsa, növbəti on ildə illik xərclər təxminən 270 milyard dollar təşkil edəcək.
Lakin dünyanın ən böyük iqtisadi bloku olan və illik ümumi ÜDM-i 20 trilyon dollar olan Avropa İttifaqının bu xərcləri qarşılaya bilməyəcəyi fikri doğru deyil. Müdafiə xərclərinin Aİ-nin müəyyən etdiyi borc limitlərindən azad edilməsi büdcənin artırılmasına kömək edərdi. Əgər birgə borclanma müdafiə tədarükü praktikasında islahatlarla şərtləndirilsə və xərclər koordinasiya olunsa, Avropanın müdafiəsinə daha sistemli yanaşma əldə oluna bilər.
Liderlər ayrı-ayrı ölkələrin bir-birini təkrarlayan silah platformaları almasının və bunun kollektiv fayda baxımından minimal təsirinin qarşısını ala bilərlər. Bunun üçün Almaniyanın yeni hökumətinin qəti addımlar atması və müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq tələb olunur.
Ölkələrin müdafiə xərcləri
ABŞ-ın müdafiə xərcləri növbəti 10 ən böyük hərbi büdcəyə malik ölkələrin xərclərini üstələyir. Soyuq müharibədən bəri NATO-nun müdafiə büdcələri azalsa da, 2000-ci ildən etibarən Rusiyanın hərbi xərcləri 227%, Çininki isə 566% artıb.
Ukrayna da ən çox müdafiə xərcləri olan ölkələr siyahısına daxil olub – o, 14-cü yerdə qərarlaşıb. Dünyada ən böyük hərbi büdcəyə malik ölkələr siyahısını Polşa tamamlayır.
Alpər
Şərhlər