Xəbər lenti

Qərib Mehdi vəfat etdi
Ölkə 23:17 20.01.2026

Qərib Mehdi vəfat etdi

Tanınmış nasir, şair, publisist və dramaturq Qərib Mehdi 90 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, ədib səhhətində yaranan problemlərlə əlaqədar bir gün əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Qərib Mehdi çoxsaylı bədii əsərlərin, dram nümunələrinin müəllifi kimi Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyub. O, eyni zamanda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
--> -->