Avstraliyada göydən daş yağdı: Ölkədə xəbərdarlıq edildi (VİDEO)

Avstraliyada göydən daş yağdı: Ölkədə xəbərdarlıq edildi (VİDEO)

Avstraliyada əsl təbii fəlakət baş verib. Qvinslənddə o qədər iri ölçülü dolu düşüb ki, evlərin və avtomobillərin pəncərə şüşələrini sındırıb.

Qaynarinfo "7News”a istinadla xəbər verir ki, Grimpie şəhərindən Brisbanın cənubuna qədər məskunlaşma yerlərində "nəhəng dolu və dağıdıcı küləklər"lə bağlı fırtına xəbərdarlığı edilib.

Telekanalın məlumatına görə, yerli sakinlər toyuq yumurtası ölçüsündə dolu daşları tapıb. 16 metr saniyə sürətiylə əsən güclü külək isə binaların damlarını uçurub.

Ölkənin bir çox televiziya kanalları iri buz toplarının sındırdığı avtomil şüşələrini, buz kürəcikləri ilə örtülmüş yolları göstərən kadrlar nümayiş etdiriblər. Avstraliyanın Qvinslənd bölgəsində baş verən fəlakət nəticəsində təxminən 20 min ev elektrik enerjisindən məhrum olub.

Xatırladaq ki, bundan əvvəl Avstraliya meşə yanğınlarıyla mübarizə aparmış, ölkənin milli parkında yüzlərlə heyvan tələf olmuşdu.

Alpər
XƏBƏRLƏR
BLOGLAR