Çavuşoğlu:

Çavuşoğlu: "Bizim olmadığımız yerdə Azərbaycan hər zaman Türkiyəni müdafiə edir"

"Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. 

APA-nın məlumatına görə, bunu bu gün "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. 

M. Çavuşoğlu deyib ki, Prezident İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu olmaz: "Biz xaricdə də qüvvələrimizi birləşdirdik. Bizim olmadığımız yerdə hər zaman Azərbaycan Türkiyəni, Türkiyə xalqını müdafiə edir. Biz də Azərbaycan olmadığı yerdə Azərbaycanı müdafiə edirik, bu, bizim borcumuzdur”.
XƏBƏRLƏR
BLOGLAR