AXC-100: Avropa İttifaqının səfirləri Azərbaycan xalqını belə təbrik etdi (VİDEO)
Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.
Qaynarinfo "Report" istinadən xəbər verir ki, təbrikdə Aİ-nin Azərbaycanda akkreditasiya olunmuş 20 ölkənin diplomatik missiyaların rəhbərləri və qurumun Bakıdakı nümayəndəsi öz təbriklərini çatdırıblar.
Diplomatlar təbriklərini Azərbaycan dilində səsləndiriblər: "Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək Azərbaycan".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər