Ayda kaloniya qurulması, daimi kosmik bazanın yaradılmasının müzakirə mövzusu olduğu bir dövrdə Ay tozu barədə yeni məlumatlar əldə edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın "Stony Brook" Universitetinin tədqiqatına görə, Ay tozuna məruz qalmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Bu toz hissəcikləri insanın ağciyər hüceyrələrinin 90%-ni məhv edir. Siçanlar üstündə aparılan araşdırmada tozun sinir hüceyrələrini məhv etdiyi ortaya çıxıb. Bu maddə həmçinin xərçəng ehtimalını artırır.
Dünyadan fərqli olaraq Ayda atmosfer yoxdur, buradakı toz hissəcikləri milyonlarla ildir ki, yüksək temperatur, kosmik işıq, kiçik meteorid parçalarının təsirinə məruz qalır. Oksigen, su və bioloji aktivliyin olmadığı bu yerdə tozlar reaktiv, yüksək statik yükə sahib hissəciklərə çevrilir.
Gülşən
Şərhlər