Xəbər lenti

Sənət 13:54 01.10.2020

Aybəniz Haşımova 28 il əvvəl şəhid olmuş həyat yoldaşından yazdı

Əməkdar artist Aybəniz Haşımovanın bacısı övladları da cəbhəyə yola düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib:

"Bacılarımın digər balaları da döyüşə getdilər. Getdim görüşməyə, canım necə donmuşdusa, onları yola saldıqdan sonra başa düşdüm ki, ayaqlarım tutulub, bədənim quruyub. Sanki o illərə, Xalid döyüşə getdiyi anlara qayıtdım. Hər zəng edənə ağlayırdım ki, getdi”. 

Xanım sənətçi Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini də bölüşüb: 

"Çox pisəm, bacardığım qədər özümü toplayıram, amma gücüm yetmir. Deyəsən, əvvəlki dözümüm qalmayıb. Hər şəhid xəbəri paylaşılanda dünyam qaralır. Gözümün önünə 10 iyul 1992-ci il axşam saat 21:00 və heç bir sözlə ifadə edə bilməyəcəyim acıdan acı kimi canımı yandıran o gün gəlir. Onda yenə ölürəm. Bir insan nə qədər ölər? Bir gözüm sevinir, bir gözüm ağlayır...”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->