Ayın yaranmasıyla bağlı yeni fərziyyə: Kompüterlər bunu təsdiqlədi

Ayın yaranmasıyla bağlı yeni fərziyyə: Kompüterlər bunu təsdiqlədi

Rusiyalı alimlər Ayın mənşəyi ilə bağlı yeni fərziyyə irəli sürüb.

Qaynarinfo xəbər verir ki, bu nəzəriyyəyə görə, "bəşəriyyət beşiyi"nin peyki planetin göy cismi ilə toqquşması nəticəsində deyil, onunla paralel olaraq yarana bilərdi.

Roskosmosun Gələcək proqramlar və elmlər üzrə icraçı direktoru Aleksandr Bloşenkonun TASS-a verdiyi məlumata görə, yeni konsepsiya Ayın Yer ilə eyni vaxtda toz hissəciklərinin parçalanması nəticəsində ikili sistem şəklində meydana gəldiyini söyləyir. Fərziyyəni kompüter modelləşdirməsinin nəticələri də təsdiqləyib. Bloşenko onu da qeyd edib ki, Ay Yerdən 13 milyon yaş kiçik dir, yaşının 4.5 milyard il olduğu təxmin edilir.

O xatırladıb ki, son vaxtlara qədər Yerin böyük - təxminən Mars ölçüsündə bir kosmik cisimlə toqquşması nəticəsində Ayın yaranması ilə bağlı fərziyyə ən etibarlı hesab olunurdu. Belə düşünülürdü ki, bu toqquşmadan sonra nəhəng bir yer kütləsi və qismən göy cisiminin materialı əriyib Ayın indi mövcud olduğu Yer ətrafı orbitə atılıb.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image