Ayrılan qrantlar hara gedəcək? - Ekspert

Ayrılan qrantlar hara gedəcək? - Ekspert

2020-ci ilin dövlət büdcəsindən "Qrantlar və digər ödənişlər” üçün 409,4 milyon manat ayrılacaq. Bu cəmi büdcə xərclərinin 1,5 faizi deməkdir. Bu maddə üzrə gələn il bu illə müqayisədə 6 dəfə çox vəsait ayrılması nəzərdə tutulur. Belə ki, 2019-cu ildə bu istiqamətə 67.8 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 0,3 faizidir.

Qaynarinfo xəbər verir ki, ayrılan qrantlardan kimlər və hansı qurumların yararlana biləcəyi ilə bağlı sualları Asasmedya.info-ya iqtisadçı-ekspert İlham Əzizov cavablandırıb:

"Bu bölmə altında gedən xərclər Naxçıvan Muxtar Respublikasəna verilən dotasiya, yerli büdcələrə verilən dotasiyalar və subvensiya, qeyri rezidentlərə verilən qrantlar, beynəlxalq təşkilatlara verilən qrantlar və digər ödənişlər və.s özündə ehtiva edir. Bu məbləğin 387 milyon manatı Naxçıvan MR verilən dotasiyadır. Keçən illə müqayisədə 87.0 milyon artmışdır. Bu da təbii prosesdir. Məsələn beynəlxalq təşkilatlara keçən ildəkindən fərqli olaraq qrant və digər ödənişlər nəzərdə tutulmayıb. Qaldı şəffaflığın qorunmasına və xərclərə nəzarətə, bu təkcə bu maddələr üzrə yox bütün maddələr, ümumilikdə dövlət büdcəsinə aid məsələdir”.
XƏBƏRLƏR
BLOGLAR